“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasında “Elan Şalon”a uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 87:89 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyuna yaxşı başladıq. Uzun müddət hesabda irəlidə idik. 3-cü periodda böyük xallıq fərqlə üstünlüyümüz oldu. Amma son dəqiqələrdə rəqibin rotasiyalarının bizimlə müqayisədə geniş olması sözünü dedi. Rəqiblə müqayisədə bizim top itkilərimiz 2 dəfə çox idi. Bu da məğlubiyyətdə həlledici rol oynadı. Buna baxmayaraq oyunçularıma iradım yoxdur. Sonadək əzmlə mübarizə apardılar. Bu cür komandalara qarşı məğlubiyyətdən dərs çıxarıb gələcəyə baxmalıyıq”.
