David Vilyadan “Messi, yoxsa Ronaldo” sualına cavab

İspaniya millisinin sabiq hücumçusu David Vilya, Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barselona”da birlikdə oynadığı dövrdən tanıdığı argentinalı futbolçunu seçib:

“Ronaldo, yoxsa Messi? Messi. Amma mən kiminsə Ronaldonun uğurlarını kiçildib Messini seçməsini başa düşmürəm. Qətiyyən yox. Ronaldo tarixin ən yaxşılarından biridir”.

Messi hazırda ABŞ-da – “İnter Mayami”də, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir