“Komandada ciddi problem yoxdur. Sadəcə asan qollar buraxırıq. Bunun öhdəsindən gəlməyə çalışacağıq”.
Bu sözləri “Futbolpress.az“a açıqlamasında “Kəpəz”in futbolçusu Məqsəd İsayev söylədi. Cinah oyunçusu “Sabah”a 1:3 hesablı məğlubiyyətədən sonra komandadakı çatışmazlıqlardan danışdı:
“Oyunumuzda artım var. Sadəcə həm ucuz qollar buraxırıq, həm də hücumlarımızda sonluq çatışmır. “Sabah”la oyunda da cəhdlərimiz olsa da, yararlana bilmədik”.
İsayevin Premyer Liqada fasilədən sonra qarşılaşacaqları “Karvan-Yevlax”la matçın əhəmiyyətindən söz açdı:
“Qarşıda uzun marafon var. Elitada qalacağımıza inanıram. Çalışıb, hər oyunda xal qazanmalıyıq. “Karvan-Yevlax”la oyun bizim üçün bəlkə də, mövsümün ən kritik oyunu olacaq”.
Müdafiəçi uğursuz nəticələrin komandada narahatlıq yaratmadığını da əlavə etdi:
“Nəticələr yaxşı deyil və azarkeşləri qısa zamanda sevindirmək istəyirik. Düzdür, çətin dönəmlərdən keçirik. Amma bu, bizdə narahatlıq yox, əlavə məsuliyyət yaradır. Çalışacağıq ki, hər oyunda maksimum xallarımızı artıraq”.
Şahin Cəfərov
