AFFA rəsmisi “Bavariya” – “Arsenal” oyununda

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir