“Qarabağ”ın U-19 komandası Gənclər Liqasında növbəti oyuna çıxacaq

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri “Çelsi”nin U-19 kollektivi ilə qarşılaşacaq. “Azersun Arena”da baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

“Qarabağ”ın U-19 komandası Gənclər Liqasında bundan əvvəl “Benfika”ya 1:7, “Kopenhagen”ə 0:5, “Atletik”ə isə 0:3 hesabıyla uduzub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir