“Zirə”nin rəqibi milli komandanın üzvünü transfer etdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiya təmsilçisi “Hayduk” heyətini yeni müdafiəçi ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Split təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Ron Racini heyətinə qatıb. Kosovo millisinin futbolçusu ilə 2028/2029 mövsümünün sonuna qədər olan müqavilə imzalanıb.

Racinin son klubu Kosovonun “Priştina” klubu olub.

“Zirə” ilə “Hayduk” arasındakı ilk görüş heç-heçə başa çatıb – 1:1. Cavab oyunu iyulun 31-də Splitdəki Polyud stadionunda keçiriləcək və matça saat 23:00-da start veriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir