ÇL: azərbaycanlı hakim “Arsenal”ın oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Rob Dieperink VAR, onun həmyerlisi Jeroen Manşot isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 4-də Praqadakı “Eden Arena”da keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir