Keçmiş komanda yoldaşından Mbappe haqda xoş sözlər

“Əl-Duhail”in futbolçusu Marko Verratti “Real”ın hücumçusu Kilian Mbappenin Madrid klubundakı oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Verratti, Fransa millisinin hücumçusu haqda bunu deyib:

“Mbappenin “Real”a uyğunlaşması bir az vaxt apardı. Lakin o, La Liqanın ən çox qol vuran oyunçusu oldu və “qızıl buts” mükafatını qazandı. Bu mövsümün göstərdiyi kimi, bu, onun üçün limitdən çox uzaq idi. Mbappe artıq dünyada misilsizdir”.

İtaliyalı yarımmüdafiəçi Mbappe ilə PSJ-də birlikdə oynadığı vaxtdan tanışdır.

Mbappe bu mövsüm 13 matçda 16 qol vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir