Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Şuşa” U-19 kollektivini 7:5 hesabı ilə üstələyib.
Ardınca “Araz-Naxçıvan” “Baku Fire” komandasına 7:2 hesabı ilə qalib gəlib. Günün son görüşündə isə lider “Neftçi” İK “Lənkəran”dan güclü olub – 10:2.
Yüksək Liqa
VI tur
23 oktyabr
Şuşa – U-19 (4:3) 7:5
Araz-Naxçıvan – Baku Fire (2:1) 7:2
Lənkəran – Neftçi İK (1:6) 2:10
