ÇL: “Bu mövsüm ən yaxşı oyunumuzu göstərdik”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasının “Real”la keçirdiyi UEFA Çempionlar Liqası oyunu barədə fikirlərini bölüşüb.

İtaliya klubu Madrid təmsilçisinə 0:1 hesabı ilə məğlub olub və bununla da bütün turnirlərdə qələbəsiz seriyasını yeddi oyuna çatdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serb futbolçu bu mövsüm ən yaxşı oyunlarını göstərdiklərini bildirib:

“Bu mövsüm ən yaxşı oyunumuzu göstərdik. “Komо” ilə görüşdən sonra çox şey dəyişdi. Hər matçda bu əhval-ruhiyyəni və mentaliteti qorumaq lazımdır. Bazar günü biz “Yuventus”a yaraşan səviyyədə oynamadıq. Sadəcə yüz faiz güc vermək kifayət deyil”.

“Yuventus” Çempionlar Liqasının üçüncü turunda “Real”a məğlub olsa da, oyun baxımından inamlı təsir bağışlayıb. Turin təmsilçisi növbəti görüşünü oktyabrın 26-da, A Seriyasının 8-ci turu çərçivəsində səfərdə “Latsio”ya qarşı keçirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir