“Qalatasaray”dan inamlı qələbə, “Çelsi”, “Bayern” və “Liverpul”dan darmadağın

UEFA Çempionlar Liqasında əsas mərhələnin 3-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 9 oyun baş tutub.

“Qarabağ”ın rəqiblərindən “Çelsi” evdə “Ayaks”a, “Liverpul” isə səfərdə “Ayntraxt”a böyük hesabla qalib gəlib.

“Real” Madriddə “Yuventus”u tək qolla üstələyib.

Türkiyə çempionu “Qalatasaray” isə doğma meydanda “Bodo Qlimt”i məğlub edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur

22 oktyabr

Atletik (İspaniya) – Qarabağ (Azərbaycan) 3:1
Qollar
: Quruseta, 40; 88. Navarro, 70 – L.Andrade, 1.

Qalatasaray (Türkiyə) – Bodo Qlimt (Norveç) 3:1
Qollar
: Osimhen, 3; 33. Y.Akgün, 60 – Helmersen, 75.

Çelsi (İngiltərə) – Ayaks (Niderland) 5:1
Qollar
: Qiu, 18. Kaysedo, 27. E.Fernandes, 45-pen. Estevan, 45+6-pen. T.Corc, 48 – Veqhorst, 33-pen.

Atalanta (İtaliya) – Slaviya (Praqa, Çexiya) 0:0

Monako (Fransa) – Tottenhem (İngiltərə) 0:0

Ayntraxt (Almaniya) – Liverpul (İngiltərə) 1:5
Qollar: Kristensen, 26 – Ekitike, 35. Van Deyk, 39. Konate, 44. Qakpo, 66. Soboslai, 70.

Sportinq (Portuqaliya) – Olimpik (Marsel, Fransa) 2:1
Qollar
: Katamo, 69. A.Santos, 86 – Payşao, 14.

Real (İspaniya) – Yuventus (İtaliya) 1:0
Qol
: Bellingem, 58.

Bayern (Almaniya) – Brügge (Belçika) 4:0
Qollar
: L.Karl, 5. H.Keyn, 14. L.Dias, 34. N.Cekson, 79.

The post “Qalatasaray”dan inamlı qələbə, “Çelsi”, “Bayern” və “Liverpul”dan darmadağın appeared first on Komanda.az.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir