“Atletik”in yetirməsi olan, vaxtilə “Qəbələ”də çıxış etmiş Kristof Atanqana Çempionlar Liqasında bu gün keçiriləcək “Atletik” – “Qarabağ” oyunu haqda fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, İspaniya mətbuatına danışan qolkiper bunları deyib:
“Qarabağ” zəif rəqib deyil. O vaxt “Qəbələ”də oynayanda onlarla kubokda üz-üzə gəlmişdik. Favorit “Qarabağ” idi, amma onları mübarizədən kənarlaşdırmışdıq”.
Atanqana 2021-2024-cü illərdə “Qəbələ”nin üzvü olub.
