Azərbaycan cüdoçuları Meksikada 9 medal qazandı

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar.

Futbolpress.az xəbər verir ki, onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl medal qazanıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.

Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir