Ronaldo: “Məqsədimiz hər iki oyunda qalib gəlməkdir”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yığmanın qarşıdakı oyunları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu komandanın əsas hədəfinin yaxın iki qarşılaşmadan maksimum nəticə əldə etmək olduğunu bildirib:

“Komanda yoldaşlarıma minnətdaram. Həm mənimlə bir dövrdə oynayanlara, həm də yeni nəsil futbolçulardan öyrəndiyim hər şey üçün. Qarşıdakı məqsədimiz aydındır: hər iki oyunda qalib gəlmək və dünya çempionatına vəsiqə qazanmaq. Dünya çempionatında nə baş verəcəyini isə zaman göstərəcək”.

Portuqaliya millisi 11 və 14 oktyabr tarixlərində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində müvafiq olaraq İrlandiya və Macarıstan yığmaları ilə qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir