Ehtiram Quliyev Tovuz şəhər stadionunda son durumla tanış oldu

“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa işləri ilə tanış olub.

Futbolpress.az xəbər verir ki, ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir