“Turan Tovuz” futbolçusu Roderik Miller ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən futbolçu bu müddət ərzində komandanın heyətində 58 oyun keçirib və 10 qol vurub.
Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan Roderik Millerin kluba müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.
