“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, qolkiper Çempionlar Liqasında iki qələbə qazanan “Qarabağ”dan söz açıb:
“Qarabağ”ın nəticəsi tamamilə gözlənilən idi. Afərin. Onlar öz fəlsəfələrindən əl çəkmirlər və bu, öz bəhrəsini verir”
Rusiyanın “Dinamo” klubunda çıxış edən Lunyov 2023/24 mövsümündə “Qarabağ”ın formasını geyinib.
