“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Atletik” Fələstinə dəstək olub.
Futbolpress.az xəbər verir ki, Bilbao təmsilçisində “Malyorka” ilə oyundan əvvəl tribunalarda Fələstin bayrağı açılıb. Eyni zamanda qadın futbolçulardan ibarət Fələstin yığmasının sabiq kapitanı Honi Talye oyundan öncə meydana çıxıb.
“Atletik” “Malyorka”nı 2:1 hesabıyla məğlub edib.
“Qarabağ” Çempionlar Liqasının III turunda oktyabrın 22-də Bilbao klubunun qonağı olacaq.
