
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”nin sabiq futbolçusu Eden Hazard indiyə qədər gördüyü ən yaxşı driblinqə sahib oyunçuların adlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı sabiq futbolçu iki oyunçunun adını çəkib:
“Hatem Ben Arfa və Qael Kakuta meydanda gördüyüm ən yaxşı driblinq ustalarıdır”.
Hazard iki il əvvəl futbolçu karyerasını bitirib. O, 2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçib, lakin davamlı zədələr səbəbindən İspaniyada möhkəmlənə bilməyib. Hazard bir vaxtlar dünyanın ən yaxşı driblinq edən futbolçularından olub.
