Futbolpress.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”.
