“Kopenhagen”in qapıçısı Dominik Kotarski UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun “Qarabağ”la matçından öncə mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, qolkiper media nümayəndələri ilə görüşdə bunları deyib:
“Stadionda məşq etdik. Ot örtüyü heç də yaxşı durumda deyil. Amma rəqibimiz də bu stadionda oynayacaq, şərtlər bərabərdir. Sabah bizi çətin oyun gözləyir. “Qarabağ” olduqca güclü rəqibdir. Qalib gəlməyə çalışacağıq”.
