“Kəpəz”də qərar həftəsi

“Kəpəz”in yeni baş məşqçisi bu həftə məlum olacaq.

Bu barədə klubun Media və Marketinq Departamenin rəhbəri Gəray Qiysaov “Futbolpress.az“a açıqlamasında bildirdi. O, həm yerli, həm də əcnəbi məşqçi namizədlərinin olduğunu qeyd etdi:

“Detalları deyə bilmərəm. Namizədlər arasında yerli və əcnəbi məşqçilər var. Danışıqlar gedir. Yaxın günlərdə rəsmi qərar açıqlanacaq”.

Gəncə təmsilçisi 6 turdan sonra xalsızdır və sonuncu pillədədir. V turda “Qəbələ”yə məğlubiyyətdən (0:3) sonra baş məşqçi Adil Şükürov istefaya göndərilib. O, mövsümün əvvəlindən komandaya rəhbərlik edirdi.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir