MDB Oyunları: milli qələbə ilə başladı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, A qrupunda yer alan U-16 Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb.

Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub. Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir