Adı “Kəpəz”lə hallanan məşqçidən AÇIQLAMA

“Kəpəz”də baş məşqçi postuna axtarışlar davam edir. Klub rəhbərliyi həm yerli, həm əcnəbi mütəxəssis variantını nəzərdən keçirir.

“Kəpəz”də yerli namizədlər arasında Arif Əsədovun da adı hallanır. Mütəxəssis “Futbolpress.az“a açıqlamasında təklif olmadığını dedi:

“Ola bilər, adlarımız çəkilsin. Bir çox məşqçilərin adı hallanır. Ancaq real olmayan məsələ haqda danışmaq düzgün olmaz”.

Əsədov son olaraq Azərbaycan yığmasında məşqçilik edib. “Kəpəz” bir müddət əvvəl Adil Şükürovla yollarını ayırıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir