“Böyük Osman”

“İnter Mayami”nin hücumçusu Lionel Messi “qızıl top”un səsverməsində PSJ-nin oyunçusu Osman Dembeleni təbrik edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı forvard sosial şəbəkədə fransalı futbolçunun paylaşımının altında “Böyük Osman. Təbrik edirəm, sənin üçün xoşbəxtəm. Layiq idin” yazıb.

Dembele 2024/25 mövsümündə Çempionlar Liqasını və Fransa çempionluğunu qazanıb. O, komandası ilə Fransa kubokunu və superkubokunu da əldə edib. “Barselona”nın hücumçusu Lamin Yamal “qızıl top”un səsverməsində ikinci, Dembelenin portuqaliyalı komanda yoldaşı Vitinya isə üçüncü olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir