MDB Oyunları: Azərbaycan yığmasının rəqibləri bilindi

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu

27 sentyabr
12:00. Tacikistan – Azərbaycan

29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr
12:00. Azərbaycan – Qırğızıstan

B qrupu

27 sentyabr
14:00. Belarus – Rusiya

29 sentyabr
12:00. Belarus – Özbəkistan

1 oktyabr
14:00. Rusiya – Özbəkistan

3 oktyabr
12:00. 5-ci yer uğrunda
14:00. 3-cü yer uğrunda

4 oktyabr
14:00. Final

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir