Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarına çıxacaqlar.
Futbolpress.az xəbər verir ki, ilk olaraq meydana “Zirə” çıxacaq. “Qartallar” “MFK Hram” (Monteneqro) kollektivi ilə qarşılaşacaq. Görüşə 12:15-də start veriləcək.
Daha sonra “Birbaşa Bakı” – “Flaminqos” (Yunanıstan) və “Aznur” – “Brno” (Çexiya) matçları keçiriləcək. Hər iki qarşılaşma saat 15:45-də başlayacaq.
