Azərbaycan təmsilçiləri üçün uğurlu gün

Azərbaycanın minifutbol üzrə Çempionlar Liqasındakı təmsilçiləri Bolqarıstanın paytaxtı Sofiyada növbəti turunun oyunlarını keçiriblər.

Futbolpress.az xəbər verir ki, “Aznur” komandası qrup mərhələsinin II turunda İspaniyanın “Grupo Raxu Oviedo” və Qazaxıstanın “Pioneer Group Almaty” komandalarını 3:1 hesabı ilə məğlub edib. Komanda əvvəlki gün Çexiyanın “Hoverla Zak Praqa” kollektivinə qarşı 1:1 heç-heçə etmişdi.

“Birbaşa Bakı” qrup mərhələsinin III turunda Serbiya təmsilçisi “Red Start Belgrade” üzərində 7:0 hesablı qələbə qazanıb. Komanda daha əvvəl Rumıniya “Rımniku Vılça” üzərində 4:1, Portu ilə isə 0:0 hesablı heç-heçə etmişdi.

“Zirə” komandası İsrailin “Red Meat Burger Saloon Afula” ilə matçda 2:2 hesablı bərabərlik əldə edib. Bundan əvvəl Macarıstanın “Budapeşt” və Slovakiyanın “Jakmart” komandalarını 2:0 və 2:1 hesabı ilə məğlub etmişdi.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir