“Sumqayıt”ın sabiq oyunçusu “Lənkəran”da

Transfer çalışmalarını davam etdirən “Lənkəran” daha bir basketbolçi ilə güclənib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi yerli oyunçu Ehsan Şabanini heyətinə qatıb.

200 sm boya malik olan basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 22 yaşlı Ehsanın son klubu “Naxçıvan” olub.

O, eyni zamanda “Gəncə” və “Sumqayıt” klublarının da şərəfini qoruyub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir