Kadi: “Benfika”nı yaxşı təhlil etmişik”

“Qarabağ”ın futbolçusu Kadi Borges Çempionlar Liqasında sabah “Benfika”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:

– Hazırlaşmağa çox vaxtımız olmadı. Bu oyuna hazırıq. Hamımızın arzusu idi ki, belə yarışda iştirak edək. Üç dəfə pley-offda dayanmışıq. Bu dəfə nəhayət istəyimizə çatdıq. Sevincliyik. Ümid edirəm ki, yaxşı oyunlardan birini göstərəcəyik.

– Heyətinizdə Portuqaliya futbolunu tanıyan var. Bunun sizə köməyi dəyəcək?
– Portuqaliyada oynasalar da, bir çoxu elitada olmayıb. Hər il güclü komandalara qarşı oynayırıq və çətinliyi bilirik.

– Sabahkı oyunda fəlsəfənizi dəyişəcəksiniz?
– 17 ildir, baş məşqçi komandanın sükanı arxasındadır. Bu müddətdə demək olar, 1-2 dəfə nəsə dəyişib. Fəlsəfəmizə sadiq qalacağıq.

– Çempionlar Liqasında ilk dəfə oynayacaqsınız. Karyeranızın ən önəmli oyunu demək olar?
– Yarışın böyüklüyünü nəzərə alanda belə düşünmək olar. “Benfika” güclü klubdur, heyətində dünya səviyyəli oyunçular var. Onları yaxşı təhlil etmişik.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir