“Benfika”nın baş məşqçisi Bruno Lage Çempionlar Liqasında sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Bu mövsüm artıq Çempionlar Liqasında 4 oyun keçirmişik. İstəkli və motivasiyalıyıq.Ötənilki çıxışımızı təkrarlamaq istəyirik. Məqsədimiz üç xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə möhtəşəm Avropa gecəsi yaşatmaqdır”.
Sabah keçiriləcək “Benfika” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.
