Bölgə klubu 4 yoxlama oyunu keçirəcək

“Quba” basketbol klubu dörd yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda artıq yeni mövsümün hazırlıqlarına başlayıb. “Quba” Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında gündə bir dəfə olmaqla məşqə çıxır. Yeni transferlər də artıq kollektivə qoşulub.

Qeyd edək ki, “Quba” Azərbaycan Basketbol Liqasında bu mövsüm ilk görüşünü oktyabrın 2-də səfərdə “Sərhədçi”yə qarşı keçirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir