UEFA Çempionlar Liqasının 2027-ci ildə keçiriləcək final oyununun stadionu məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici oyun İspaniyada, Madrid şəhərindəki “Riyad Eyr Metropolitano” stadionunda olacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Finala ev sahibliyi üçün namizədlərdən digəri Bakı idi.
UEFA bu gün stadionla bağlı rəsmi açıqlama verəcək.
