Azərbaycan karateçisindən gümüş medal

İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.

Futbolpress.az xəbər verir ki, təcrübəli karateçimiz yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub.

Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir