
“Barselona”nın sabiq futbolçusu Munir Əl-Həddadi karyerasını İranda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “İstiqlal” komandasında çıxış edəcək. Onun yeni klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
“Barselona”nın yetirməsi son olaraq İspaniyada “Leqanes”in formasını geyinib.
