“Neftçi” “Sabah” üçün hazırlaşır

“Neftçi” hazırlığı davam etdirir.

Futbolpress.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda “Sabah” klubu ilə qarşılaşacaq “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Müxtəlif milli komandaların düşərgəsində olan futbolçular – Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D’Almeyda hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlanacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir