Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində İslandiyaya böyükhesabla uduzub – 0:5.
Futbolpress.az Reykyavikdən xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. O, baş məşqçi Santuşun taleyinə toxunub:
“Santuşdan gözləyirəm ki, yerində, düzgün ifadələr işlətsin”.
Baş katib mütəxəssisin istefa verməyəcəyi halda, AFFA tərəfindən lazımi addımların atılacağını qeyd edib.
