Azərbaycanın U-21 milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Portuqaliyadan olan həmyaşıdlarının qonağı olacaq. Matça saat 22:30-da start veriləcək.
Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.
Avropa çempionatı
Seçmə mərhələ, I tur
5 sentyabr
22:30 Portuqaliya U-21 – Azərbaycan U-21
