Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
Futbolpress.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori “Kəpəz”ə keçib. 24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında klubun formasını geyinəcək.
Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.
