“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “atlılar” “Loryan”dan Sambu Sumanonu transfer etməyə yaxındır. Bu barədə italiyalı jurnalist Rudi Qaletti məlumat yayıb.
“Qarabağ”ın Sumano üçün 2,5 milyon avro və əlavə 500 min avro bonus təklif etdiyi bildirilib. Klub seneqallı hücumçuya yüksək maaş da təklif edib.
Sumano bu mövsüm “Loryan”la Fransa Liqa 1-də 2 oyunda 1 qol vurub.
