“Qarabağ”ın futbolçusu Kadi Borges Çempionlar Liqasının təsnifat mərhələsində ən çox qayda pozan oyunçular arasında yer alıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 6 görüşdə 12 dəfə qayda pozub. O, bunların 1-də sarı vərəqə ilə cəzalanıb. Kadi intizamsız futbolçuların siyahısında 3-cü sırada yer alıb.
Azərbaycan çempionunun müdafiəçisi Kevin Medina isə cərimə meydançasında ən çox top uzaqlaşdıran futbolçular arasında 4-cüdür. O, 5 oyunda 13 dəfə təhlükəni sovuşdurub.
“Qarabağ” Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb. Püşk bu gün saat 20:00-da atılacaq. Təmsilçimiz 4-cü səbətdə yer alacaq.
