“Araz-Naxçıvan” Şotlandiya çempionuna qarşı

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Şotlandiya çempionu “PYF Saltires” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, təmsilçimiz ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib. “Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi”ə 1:5 hesabı ilə yenilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir