“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində!

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Ferentsvaroş”la qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:2. “Qarabağ” iki oyunun nəticəsinə görə rəqibi 5:4 hesabıyla üstələyib və tarixində ikinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ” ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib. “Atlılar”a mərhələ adlamaq üçün heç-heçə və ya minimal hesablı məğlubiyyət də bəs edir.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

27 avqust

20:45 Qarabağ – Ferentsvaroş (Macarıstan) 2:3

Qollar: Andrade, 25, Zubir, 45 – Jozef, 14, Varqa, 55 (pen.), Tot, 82
Baş hakim: Kleman Turpin
İlk oyun 3:1

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir