“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Premyer Liqanın II turunda “Turan Tovuz”a qalib gəldikləri oyundan sonra paylaşım edib.
Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu 2:1 hesabıyla bitən matçla bağlı bunları yazıb:
“Məhsuldar ötürmə etdiyim üçün şadam. Qələbə qazandıq, hər kəsi təbrik edirəm. Qazanmaq arzusu hər şeyi üstələyir”.
