Yeni loqo, yeni oyunçular

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” futzal komandası heyətini bir neçə futzalçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb. Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.

Onu da qeyd edək ki, klub yeni mövsümə yeni loqo ilə start verəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir