“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Futbolpress.az klubun rəsmi “İnstagram” səhifəsinə istinadən xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Diniyev əvvəlki illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, həmçinin Türkiyənin “Ümraniyəspor” və “Bandırmaspor” komandalarında forma geyinib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.
