Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Telstar”la səfərdə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 2:2.
Oyuna ehtiyatda başlayan Ozan 46-cı dəqiqədə meydana daxil olub.
“Volendam” 3 xalla 10-cudur.
