
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu tərk edə bilər. 40 yaşlı hücumçu klubun hazırkı vəziyyətindən narazıdır.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunu “Əl-Nəsr”in heyətin gücləndirilməsi istiqamətində apardığı zəif transfer siyasəti qane etmir. O, hesab edir ki, klub ölkə çempionatının digər aparıcı komandaları ilə müqayisədə daha passiv davranır.
Ronaldo “Əl-Nəsr”ə yeni futbolçuların transferinə süni maneələr yaradıldığını və bunun komandanın Səudiyyə Ərəbistanı çempionu olmasına əngəl törətdiyini düşünür.
O, 2023-cü ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.
