
“Qızıl top”un beşqat sahibi, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Ər-Riyad” klubuna qarşı keçiriləcək oyunda “Əl-Nəsr”in heyətinə daxil edilməyib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Portuqaliyanın “A Bola” nəşri Ronaldonun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır.
Xüsusilə də, eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, klub transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.
