“Əl-Nəsr”in baş məşqçisinə və futbolçularına media qadağası

“Əl-Nəsr” rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən, 1:0 hesabı ilə qalib gəldikləri oyundan əvvəl və sonra futbolçuların və baş məşqçinin fləş-müsahibə zonasına çıxmasına icazə verməyib.

Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Nəticədə, nə baş məşqçi Jorje Jezus, nə də komandanın futbolçuları matçdan əvvəl və sonra adəti üzrə media öhdəliklərini yerinə yetiriblər. Portuqaliyalı mütəxəssis Səudiyyə Pro Liqasında oyunlardan öncə keçirilən ənənəvi fləş-müsahibədə görünməyib, həmçinin, “Ər-Riyad”la matçdan sonra təşkil olunan mətbuat konfransında da iştirak etməyib.

Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, Jezus oyundan sonra açıqlama vermədiyinə görə üzr istəyib. Ancaq mətbuat konfransından imtina etməsi onun 6,7 min avrodan çox cərimə olunması ilə nəticələnə bilər.

Bu hadisələr “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun klub rəhbərliyinin fəaliyyətindən narazı qalaraq “Ər-Riyad”la oyunu boykot etməsi fonunda baş verib. Ronaldo həmin görüşdə meydana çıxmaqdan imtina edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir